“Bavariya” Harri Keynlə razılaşdı

“Bavariya” Harri Keynlə razılaşdı

“Bavariya” hücumçusu Harri Keynlə müqavilənin müddətini uzatmağa hazırlaşır.

QELEBE.AZ xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Münhen təmsilçisi ingiltərəli forvardla yeni sözləşmə ilə bağlı şifahi razılıq əldə edib. Tərəflərin yaxın günlərdə 2029-cu il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, “Bavariya” Harri Keyni 2023-cü ilin yayında “Tottenhem”dən 95 milyon avroya transfer edib. 33 yaşlı hücumçu cari mövsümdə Almaniya klubunun heyətində keçirdiyi 7 rəsmi matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.