“Çelsi” “Barselona”nın müdafiəçisini istəyir

“Çelsi” “Barselona”nın müdafiəçisini istəyir

İngiltərənin “Çelsi” klubu “Barselona”nın müdafiəçisi Jül Kunde ilə maraqlanır.

Apasport.az xəbər verir ki, London təmsilçisi 27 yaşlı fransalı futbolçunun transfer imkanlarını nəzərdən keçirir.

“Çelsi” rəhbərliyi Kundenin “Barselona”da oyun vaxtının azalmasının mümkün keçid üçün əlverişli şərait yarada biləcəyini düşünür. Kataloniya klubunun da qış transfer pəncərəsində heyətini gücləndirmək üçün futbolçulardan birini satmağa ehtiyac duya biləcəyi bildirilir.

Kunde cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər üzrə 5 matçda meydana çıxıb və qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Qeyd edək ki, Jül Kundenin “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Fransalı müdafiəçinin transfer dəyəri 55 milyon avro qiymətləndirilir.