MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
Milli Olimpiya Komitəsinin inzibati binasında Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenko ilə görüş keçirilib.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Oktyabrın 5-də reallaşan tədbirin əsas məqsədi Azərbaycan ilə Belarus arasında idman və Olimpiya Hərəkatı sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, həmçinin gələcək ikitərəfli tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi olub.
Görüşün sonunda tərəflər arasında qarşılıqlı xatirə hədiyyələri təqdim olunub və xatirə fotosu çəkdirilib.

https://qelebe.az//uploads/photo/mok-da-belarus-olimpiya-komitesinin-prezidenti-ile-ikiterefli-terefdashliq-muzakire-olunub.webp