Dövlət Baxçalıdan Hacıosmanoğluya dəstək mesajı - FOTO
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğluya dəstəyini ifadə edib.
QELEBE.AZ xəbər verir ki, MHP lideri Hacıosmanoğluya gül dəstəsi göndərib.
TFF prezidenti göstərilən dəstəyə görə Dövlət Baxçalıya təşəkkür edib:
“Hörmətli sədrimiz cənab Dövlət Baxçalıya bu mənalı dəstəyinə görə təşəkkür edir, əllərindən öpürəm”.
Qeyd edək ki, Hacıosmanoğlunun rəhbərlik etdiyi TFF son günlər Türkiyə futbolunda hakimlərlə bağlı aparılan istintaq fonunda gündəmdədir.

https://qelebe.az//uploads/photo/dovlet-baxchalidan-haciosmanogluya-destek-mesaji-foto.webp