Kamal Umudlu İsveç – Şimali Makedoniya matçında
FIFA hakimi Kamal Umudlu növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç – Şimali Makedoniya oyununu idarə edəcək.
Ona həmyerliləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək.
Qeyd edək ki, İsveç – Şimali Makedoniya matçı saat 20:30-da başlayacaq.

https://qelebe.az//uploads/photo/kamal-umudlu-isvech-shimali-makedoniya-matchinda.webp