Daha bir cüdoçumuz dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB

Daha bir cüdoçumuz dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.

QELEBE.AZ xəbər verir ki, 66 kq çəki dərəcəsində döşək üzərinə çıxan Ruslan Paşayev isə 1/16 finalda Serdar Rahimovla (Türkmənistan) üz-üzə gəlib.

Təmsilçimiz rəqibini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/8 finalda Valerio Akkolyiyə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, mundiala oktyabrın 11-də yekun vurulacaq.