DÇ: Gültac Məmmədəliyeva 1/4 finalda - YENİLƏNİR
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.
QELEBE.AZ xəbər verir ki, 52 kq çəki dərəcəsində döşək üzərinə çıxan Gültac Məmmədəliyeva 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə üz-üzə gəlib.
Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. O, 1/8 finalda avstraliyalı Tinka İstonla qarşılaşıb. Təmsilçimiz bu görüşdə də qalib gəlib və adını 1/4 finala yazdırıb.

https://qelebe.az//uploads/photo/dch-gultac-memmedeliyeva-14-finalda-yenilenir.webp