“Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
İspaniya qadınlar liqasının VI turunda “Barselona” “Real”ı böyük hesabla məğlub edib.
QELEBE.AZ xəbər verir ki, “Spotify Camp Nou”da keçirilən “El-Klassiko” Kataloniya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
“Barselona”nın heyətində Klaudiya Pina 4 qol vurub. Karolin Qrem Hansen, Eva Payor və Sidni Şertenleyb hərəyə bir dəfə fərqləniblər. Payor qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə də edib.
Görüşü stadiondan 40 533 azarkeş izləyib. Bu, İspaniya qadınlar liqası tarixində yeni tamaşaçı rekordu olub.
“Barselona” bu qələbədən sonra 6 oyundan maksimum 18 xal toplayaraq turnir cədvəlində liderliyini möhkəmləndirib.
“Real” isə ilk məğlubiyyətini alaraq 13 xalda qalıb.
Qeyd edək ki, “Barselona” növbəti turda “Logronyo” ilə, “Real” isə “Espanyol”la qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/real-uchun-kabus-kimi-el-klassiko-quotbarselonaquotdan-70.webp