"Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
Lionel Messi Argentina millisində son oyununu keçirmək üçün yığmanın düşərgəsinə qoşulub.
Apasport.az xəbər verir ki, 39 yaşlı futbolçu əvvəlcə ailəsi ilə birlikdə ABŞ-dan doğma şəhəri Rosariyoya gəlib.
O, daha sonra Buenos-Ayresə yollanaraq Eseyzadakı Argentina Futbol Assosiasiyasının bazasında komanda yoldaşlarına qoşulub.
Messi Argentina forması ilə vida oyununu oktyabrın 6-da Benin yığmasına qarşı keçirəcək.
Yoldaşlıq görüşü Buenos-Ayresdəki “Monumental” stadionunda baş tutacaq.
Argentina Futbol Assosiasiyası vida mərasiminə 2022-ci ildə dünya çempionu olan heyətin üzvlərini də dəvət edib.
Qarşılaşmanın Messinin 21 ildən artıq davam edən milli karyerasında sonuncu oyun olması nəzərdə tutulub.
Qeyd edək ki, Messi Argentina millisində 207 oyun keçirib və 125 qol vurub. O, yığma ilə 2022-ci ildə dünya çempionu olub.

https://qelebe.az//uploads/photo/quotson-reqsquot-uchun-argentinaya-geldi-messi-milliye-vida-edir.webp