Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib

Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib

“Beşiktaş”da prezident seçkisi başa çatıb.

Apasport.az xəbər verir ki, seçkidə yeganə namizəd olan Serdal Adalı istifadə olunan 3910 səsdən 3815-ni toplayaraq yenidən klub prezidenti seçilib.

Səslərin 37-si etibarsız, 58-i isə boş olub.

Qeyd edək ki, Adalı və yeni idarə heyəti 2028-ci ilin mayına qədər vəzifədə olacaq.