Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB

Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Əhməd Yusifov -60 kq çəki dərəcəsində dünya çempionu olub.

Apasport.az xəbər verir ki, 1/16 finaldan mübarizəyə başlayan cüdoçumuz Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə Qazaxıstan təmsilçisi Şerzod Davlatovu da üstələyən Yusifov dünya çempionluğuna sahib çıxıb.

Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.