Balabəy Ağayev mübarizəni dayandırdı - YENİLƏNİR
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, iki Azərbaycan idmançısı 1/8 finala yüksəlib.
Əhməd Yusifov 60 kq çəki dərəcəsində 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.
Eyni çəki dərəcəsində Balabəy Ağayev isə Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb. Lakin o, 1/8 finalda mübarizəni dayandırıb. Təmsilçimiz ABŞ idmançısı Conatan Yanqla bacarmayıb.
Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.

https://qelebe.az//uploads/photo/balabey-agayev-mubarizeni-dayandirdi-yenilenir.webp