DÇ: Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
Oktyabrın 3-də Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.
QELEBE.AZ xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan cüdoçularının fərdi yarışlarda ilk rəqibləri müəyyənləşib.
Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.
Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatı oktyabrın 4-dən 11-dək davam edəcək. Azərbaycan yığması oktyabrın 11-də təşkil olunacaq qarışıq komanda yarışında da mübarizə aparacaq.
Azərbaycan cüdoçularının ilk rəqibləri:
Qadınlar
-48 kq
1/32 final: Şəfəq Həmidova – Nataşa Razafindrakalo (Madaqaskar)
1/16 final: Könül Əliyeva – Mari Di Varqas Ley (Çili)
-52 kq
1/16 final: Gültac Məmmədəliyeva – Gefen Primo (İsrail)
-57 kq
1/32 final: Xədicə Qədəşova – Janar Joldoşeva (Qırğızıstan)
-63 kq
1/16 final: Hanna Zaytseva – Pey Çun Yuan (Tayvan) / Anna Kriza (Macarıstan) cütünün qalibi
-70 kq
1/32 final: Südabə Ağayeva – Ai Tsunoda Roustant (İspaniya)
+78 kq
1/16 final: Madina Kaisinova – Asya Tavano (İtaliya)
Kişilər
-60 kq
1/16 final: Balabəy Ağayev – Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi
1/16 final: Əhməd Yusifov – Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi
-66 kq
1/32 final: Turan Bayramov – Radu İzvoreanu (Moldova)
1/32 final: Nizami İmranov – Vaja Marqvelaşvili (Gürcüstan)
1/16 final: Ruslan Paşayev – Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibi
-73 kq
1/32 final: Hidayət Heydərov – Akil Qyakova (Kosovo)
1/16 final: Rəşid Məmmədəliyev – Adil Osmanov (Moldova) / Castin Lemir (Kanada) cütünün qalibi
-81 kq
1/32 final: Vüsal Qələndərzadə – Hristo Valkov (Bolqarıstan)
1/16 final: Zelim Tçkayev – Timoti Meuvsen (Cənubi Afrika Respublikası) / Viktor Sterpu (Moldova) cütünün qalibi
1/16 final: Ömər Rəcəbli – Sibqatullah Arab (IRT) / Mahamadu Dukara (Mali) cütünün qalibi
-90 kq
1/32 final: Elcan Hacıyev – Aleksander Knauf (ABŞ)
1/32 final: Süleyman Şükürov – Kornelius Eylertsen (Norveç)
1/16 final: Murad Fətiyev – Yahor Varapayev (Belarus) / Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi
-100 kq
1/32 final: Zelim Kotsoyev – Baymırat Majanov (Türkmənistan)
+100 kq
1/16 final: Uşanqi Kokauri – Emirxan Joldoşkazıyev (Qırğızıstan)
1/16 final: Kənan Nəsibov – Losseni Kone (Almaniya) / Vidak Malyeviç (Serbiya) cütünün qalibi
1/16 final: Camal Qamzatxanov – Fransisko Solis (Çili)
Qarışıq komanda yarışı
1/16 final: Azərbaycan – Avstriya

https://qelebe.az//uploads/photo/dch-cudochularimizin-ilk-reqibleri-mueyyenleshib.webp