"Fənərbaxça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

"Fənərbaxça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

"Turan Tovuz" və "Fənərbaxça"nın nümayəndələri komandalar arasında keçiriləcək oyundan əvvəl Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Nümayəndə heyətləri Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.