“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəldi
“Neftçi” və “Araz-Naxçıvan” komandaları milli oyunlarla əlaqədar yaranan fasilədən istifadə edərək yoxlama matçında üz-üzə gəliblər.
Apasport.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində keçirilən qarşılaşma Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Ağ-qaralar”ın heyətində qolları Alen Şkribek və Andrey Ştoqrin vurublar.
“Neftçi” fasilədən sonra Misli Premyer Liqasında ilk matçını oktyabrın 9-da keçirəcək.
Yuri Vernidubun komandası VII tur çərçivəsində “Sabah”ı qəbul edəcək.

https://qelebe.az//uploads/photo/neftchi-yoxlama-oyununda-araz-naxchivana-qalib-geldi.webp