Qelebə.az / “Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəldi

Bu gün, 18:57

“Neftçi” və “Araz-Naxçıvan” komandaları milli oyunlarla əlaqədar yaranan fasilədən istifadə edərək yoxlama matçında üz-üzə gəliblər.

Apasport.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində keçirilən qarşılaşma Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ağ-qaralar”ın heyətində qolları Alen Şkribek və Andrey Ştoqrin vurublar.

“Neftçi” fasilədən sonra Misli Premyer Liqasında ilk matçını oktyabrın 9-da keçirəcək.

Yuri Vernidubun komandası VII tur çərçivəsində “Sabah”ı qəbul edəcək.

Geri qayıt