İvan Toni məhkəmədə günahını qəbul etmədi

İvan Toni məhkəmədə günahını qəbul etmədi

İngiltərə millisinin və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun hücumçusu İvan Toni ona qarşı irəli sürülən hücum ittihamı üzrə özünü təqsirli bilməyib.

QELEBE.AZ xəbər verir ki, 30 yaşlı futbolçu Londonun Vestminster Magistrat Məhkəməsində hakim qarşısına çıxıb və bədən xəsarəti yetirməklə hücum ittihamını rədd edib. 

İş 2025-ci il dekabrın 6-da Londonun Soho bölgəsindəki gecə klublarından birində baş verdiyi iddia olunan insidentlə bağlıdır.

Toni Saber Da Silvaya hücum etməkdə ittiham olunur.

Toni işə hakim və andlı iclasçılardan ibarət Kral Məhkəməsində baxılmasını seçib. Futbolçu növbəti dinləməyədək girov müqabilində sərbəst buraxılıb.

Qeyd edək ki, İvan Toninin növbəti məhkəmə iclası oktyabrın 29-da Sautuork Kral Məhkəməsində keçiriləcək.