Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qarşı - YENİLƏNİR
UEFA Millətlər Liqasının qrup mərhələsində III tura bu gün start veriləcək.
QELEBE.AZ xəbər verir ki, oktyabrın 1-də A, B və D Liqalarında ümumilikdə 8 qarşılaşma keçiriləcək.
Azərbaycan millisi D Liqasının 2-ci qrupunda doğma meydanda Lixtenşteyni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
A Liqasının 2-ci qrupunda Almaniya Serbiya ilə, Yunanıstan isə Niderlandla qarşılaşacaq. 4-cü qrupda son Millətlər Liqasının qalibi Portuqaliya Danimarkanın qonağı olacaq, Uels isə Norveçi qəbul edəcək.
B Liqasında İrlandiya – Avstriya və İsrail – Kosovo, D Liqasının digər qrupunda isə Malta – Cəbəllütariq görüşü keçiriləcək.
Millətlər Liqası
1 oktyabr
20:00 – Azərbaycan – Lixtenşteyn
22:45 – Almaniya – Serbiya
22:45 – Yunanıstan – Niderland
22:45 – Danimarka – Portuqaliya
22:45 – Uels – Norveç
22:45 – İrlandiya – Avstriya
22:45 – İsrail – Kosovo
22:45 – Malta – Cəbəllütariq

https://qelebe.az//uploads/photo/milletler-liqasi-almaniya-serbiyaya-portuqaliya-danimarkaya-qarshi-yenilenir.webp