Ayxan Abbasov: Millilər arasında zəif rəqib olmur

Ayxan Abbasov: Millilər arasında zəif rəqib olmur

Azərbaycan milli komandası UEFA Millətlər Liqası D2 qrupunun oyunu çərçivəsində Bakıda Lixtenşteyn seçməsini qəbul edəcək.

Apasport.az xəbər verir ki, yığmamızın ba məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"İkinci oyunumuza çıxacağıq. Turnir cədvəlində ilk pillədə olmaq istəyiriksə, qalib gəlməliyik. Rəqibi yaxından tanıyırıq. Lixtenşteyn millisi istəkli komandadır. Onların itirəcəkləri bir şey yoxdur, mübarizə aparırlar. Rəqibin müdafiəsini yarmalıyıq. Bu matçda tələssək, düzgün oyun qurmasaq, çətinlik çəkə bilərik. İnanıram ki, futbolçularımız həm yaxşı oyun göstərəcəklər, həm də qələbə qazanacaqlar".

- Heyətdə zədəli futbolçular var?
- Litva ilə oyundan sonra xırda zədələr çox oldu. Ümid edirəm ki, bugünkü məşqdə hamısı geri qayıdacaq. Renat Dadaşovu itirmişik. Sabahkı oyunda bizə kömək edə bilməyəcək. Digər oyunçularda xırda zədələr var. Amma oynamayacaq qədər deyil. Hər kəs oynamaq istəyir. Bu da bizi sevindirir.

- Litvadakı matçdan sonra komandanın oyununda nə dəyişiklik etmək istəyirsiz?
- Onsuz da biz hər dəfə rəqibə görə oyunu təhlil edirik. Fərqli komandalardır. Litva ilə Lixtenşteyn tam fərqli oyun oynayır. Bilirik ki, bu oyunda müdafiəni yarmaq vacib olacaq. Sonluq yaxşı olmalıdır. Bunu yerinə yetirmək lazımdır. Üç məşqdir bunun üzərində çalışırıq. İnanıram ki, istədiyimiz qolları vuracağıq. Rəqibin ən üstün cəhəti əks-hücumlardır.

- Avropada, dünyada zəif komanda yoxdur. Gözlənilməz vəziyyətə hazırsız?
- Düz qeyd edirsiz. Millilər arasında zəif rəqib olmur. Hamı xal qazana bilir. Biz hazırlıq dövründə də qeyd etmişdik ki, Millətlər Liqasında rəqiblərə qarşı çox hücum etməliyik, dominant oynamalıyıq. Bundan əvvəlki oyunlarda bu az idi. Çünki rəqiblər Fransa və Ukrayna idi.

- Sizcə, azarkeşlər stadiona gələcəklər?
- Millimizə dəstək lazımdır. İnanıram ki, azarkeşlər olacaq. Futbolçular bu stadionda oynamağı xoşlayırlar. Ümid edirəm ki, azarkeşlər gələcəklər.

- Zamiq Əliyev milliyə dəvət olunmayıb. Onunla bağlı fikriniz necədir?
- Futbolçular hamısı müsahibə verir. Onları həmişə haqlı sayıram. Hamısı millidə oynamaq istəyir. Amma Zamiq yəqin ki, xəbərsizdir, biz onun bütün oyunlarına baxmışıq. Tur bitən kimi xaricdə çıxış edən futbolçuların oyunlarına baxıram. Zamiqi də izləyirik. Söhbət Zamiqdən açılıbsa, biz necə seçim edirik? Ola bilər ki, məşqçi görüşləri başqadır. Bu gün onun yerində Anton Krivotsyuk, Rəhman Daşdəmirov, Murad Xaçayev var. Biz onlara üstünlük vermişik. Amma bu o demək deyil ki, Zamiqi bəyənmirik. Sabah ona da dəvət gələ bilər. Zamiqlə şəxsi problemim yoxdur.

Futbol
Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Futbol
"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

Futbol
"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

Futbol
“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

Futbol
Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Futbol
Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

Futbol
Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

Futbol
Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Futbol
"Atletiko" Qrizmanın transferi ilə bağlı "Barselona" ilə razılaşıb

"Atletiko" Qrizmanın transferi ilə bağlı "Barselona" ilə razılaşıb