Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
Türkiyə Futbol Federasiyası (TFF) son 5 il ərzində Super Liqa və 1-ci Liqa klublarında idarəçi kimi çalışmış 448 nəfəri mərc oynadıqları müəyyənləşdiyi üçün Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.
QELEBE.AZ xəbər verir ki, həmin şəxslər Futbol İntizam Təlimatının 57-ci maddəsinə əsasən PFDK-ya göndəriliblər.
Siyahıda “Trabzonspor”un prezidenti Ertuğrul Doğan da yer alıb.
Super Liqanın 4 böyük klubundan PFDK-ya göndərilən şəxslər bunlardır:
“Beşiktaş”: Tarkan Şer, Kerem Gürel, Fırat Fidan, Miraç İltuğ Sungur, Kadir Kılıç, Mustafa Mollaoğlu, Hakan Daltaban, İbrahim Kemal Barış Dillioğlu, Enis Ulusoy, Serhan Çetinkaya.
“Fənərbaxça”: Eren Ali Dişli, Bekir Erdem, Erdem Sezer.
“Qalatasaray”: Emir Aral, Özgür Işıtan Gün, Ali Yüce, Maruf Güneş, Ural Aküzüm.
“Trabzonspor”: Yalçın Orhan, Zeyyat Kafkas, Murat İskender, Kemal Ertürk, Taner Fikret Saral, Lokman Sadıklar, Şenol Kaynar, Ertuğrul Doğan, Abdulkadir Ferda Başkan, Semih Hekimoğlu, Derviş Köz, İbrahim Şahinkaya, Ceyhun Eskici.

https://qelebe.az//uploads/photo/turkiye-futbolunda-merc-skandali-trabzonsporun-prezidenti-de-siyahida.webp