“Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
“Qalatasaray” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən istifadə edərək yoxlama görüşü keçirəcək.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi oktyabrın 2-də “Pendikspor”la qarşılaşacaq.
Pendik Bələdiyyə Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 18:30-da başlayacaq.
Matç “Qalatasaray”ın rəsmi “YouTube” kanalı və “GSPlus” platforması vasitəsilə canlı yayımlanacaq.
“Okan Buruk”un komandası bu görüşdən sonra rəsmi matçlara hazırlaşacaq.
“Qalatasaray” oktyabrın 9-da Superliqada “Kasımpaşa”nı, oktyabrın 13-də isə UEFA Çempionlar Liqasının liqa mərhələsində “Barselona”nı qəbul edəcək.

https://qelebe.az//uploads/photo/qalatasaray-milli-fasilede-yoxlama-matchi-kechirecek.webp