“Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal komandanın çempionluq şansları və Marko Asensionun durumu ilə bağlı danışıb.
QELEBE.AZ xəbər verir ki, təcrübəli mütəxəssis komanda daxilində atmosferin yaxşı olduğunu və futbolçuların çempionluğa inandığını bildirib.
“Çempionluq yolunda futbolçularım komanda olaraq inamlıdırlar. Daxildə atmosfer gözəldir, komandanın enerjisi də kifayət qədər yaxşıdır. Ümid edirəm ki, mövsümün sonunda hamımız birlikdə çempion olacağıq. Bu mövsüm çempionluğa inamım çox yüksəkdir. Prezidentimiz kimi mən də bu il çempion olacağımıza inanıram. Bu birliyi mövsümün sonuna qədər davam etdirib çempion olmaq istəyirik”, – deyə Kartal bildirib.
Baş məşqçi zədəsini yenicə sağaldan Marko Asensionun vəziyyətinə də toxunub:
“Asensio yaxşı vəziyyətdədir. Əhval-ruhiyyəsi də çox yaxşıdır. Yoxlama oyununda onu start heyətində meydana buraxacağıq. Düşünürəm ki, “Rizespor”la matça qədər ən yaxşı şəkildə hazırlaşıb komandadakı yerini ala bilər”.
Qeyd edək ki, “Fənərbaxça” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə oktyabrın 3-də Bakıda “Turan Tovuz”la yoxlama görüşü keçirəcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Asensionun məhz bu matçda start heyətində yer alması nəzərdə tutulur.

https://qelebe.az//uploads/photo/ismail-kartaldan-chempionluq-mesaji-asensio-qayidir.webp