ML: Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qalib gəlib - YENİLƏNİB
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci turun qarşılaşmaları baş tutub.
QELEBE.AZ xəbər verir ki, A, B və D Liqalarında ümumilikdə 8 matç keçirilib.
A Liqasında Danimarka öz evində Uelsə 2:0, Niderland isə səfərdə Serbiyaya 2:1 hesabı ilə qalib gəlib. Portuqaliya səfərdə Norveçi (2:1), Yunanıstan isə Almaniyanı (1:0) üstələyib.
B Liqasında Avstriya öz evində Kosovonu 3:1 hesabı ilə məğlub edib. İrlandiya səfərdə İsraili 3:0 hesabı ilə darmadağın edib.
D Liqasında milli komandamız səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Cəbəllütariq – Andorra görüşündə isə qapılara qol vurulmayıb (0:0).
UEFA Millətlər Liqası. 2-ci tur
A Liqası. 2-ci qrup
20:00 Serbiya - Niderland 1:2
22:45 Almaniya - Yunanıstan 0:1
Xal durumu: Yunanıstan - 6, Niderland - 4, Almaniya - 1, Serbiya - 0
4-cü qrup
20:00 Danimarka - Uels 2:0
22:45 Norveç - Portuqaliya 1:2
Xal durumu: Portuqaliya - 6, Norveç - 3, Danimarka - 3, Uels - 0.
B Liqası. 3-cü qrup
20:00 Avstriya - Kosova 3:1
22:45 İsrail - İrlandiya 0:3
Xal durumu: Avstriya - 6, Kosova - 3, İrlandiya - 3, İsrail - 0
D Liqası. 1-ci qrup
20:00 Cəbəllütariq - Andorra 0:0
Xal durumu: Malta - 3 (1 oyun), Cəbəllütariq - 1 (1 oyun), Andorra - 1 (2 oyun)
2-ci qrup
17:00 Litva - Azərbaycan 1:1
Xal durumu: Litva - 4 (2 oyun), Azərbaycan - 1 (1 oyun), Lixtenşteyn - 0 (1 oyun)

https://qelebe.az//uploads/photo/ml-portuqaliya-norveche-yunanistan-almaniyaya-qalib-gelib-yenilenib.webp