Litvada şəhidlərin xatirəsi yad edildi

Litvada şəhidlərin xatirəsi yad edildi

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqası çərçivəsində səfərdə Litva yığmasının qonağı olacaq.

QELEBE.AZ xəbər verir ki, oyun öncəsi AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, komanda üzvləri, məşqçi və texniki heyəti, eləcə də AFFA-nın əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.