Millətlər Liqası: Niderlandda qollu sülh, Portuqaliya Uelsə qalib gəlib - YENİLƏNİB
Bu gün 2026/27 mövsümü üzrə UEFA Millətlər Liqasında mübarizəyə start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə A, B və D Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.
Günün əsas görüşlərindən biri Niderland və Almaniya yığmaları arasında keçirilib.
Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Son çempion Portuqaliya isə Uelsi qəbul edib. Ev sahibləri rəqibini minimal hesabla məğlub etməyi bacarıb - 1:0.
UEFA Millətlər Liqası
24 sentyabr
20:00 Andorra – Malta 1:2
22:45 Niderland – Almaniya 1:1
22:45 Serbiya – Yunanıstan 1:2
22:45 Norveç – Danimarka 3:2
22:45 Portuqaliya – Uels 1:0
22:45 Avstriya – İsrail 3:1
22:45 Kosovo – İrlandiya Respublikası 1:0
22:45 Lixtenşteyn – Litva 0:2
Qeyd edək ki, Millətlər Liqasının liqa mərhələsi noyabrın 17-dək davam edəcək.

https://qelebe.az//uploads/photo/milletler-liqasi-niderlandda-qollu-sulh-portuqaliya-uelse-qalib-gelib-yenilenib.webp