Kimmix Kroosu geridə qoydu

Kimmix Kroosu geridə qoydu

Almaniya millisinin kapitanı Coşua Kimmix yığmada keçirdiyi oyunların sayına görə yeni rekorda imza atıb.

QELEBE.AZ xəbər verir ki, Millətlər Liqasının I turunda Niderlanda qarşı keçirilən görüş 31 yaşlı futbolçu üçün milli komandada 115-ci oyun olub.

Bununla Kimmix karyerasını başa vuran Toni Kroosu (114 oyun) geridə qoyaraq Almaniya millisinin tarixində ən çox oyun keçirən futbolçular siyahısında 7-ci pilləyə yüksəlib.

Bu göstəricidə rekord 150 oyunla Lotar Matteusa məxsusdur. Mirsolav Kloze 137, Tomas Müller isə 131 oyunla növbəti pillələrdə qərarlaşıb.