Obameyanqa göz dəydi – Əməliyyat olunacaq
“Deportivo”nun hücumçusu Pyer-Emerik Obameyanq ciddi zədə ilə üzləşib.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçunun sağ dizinin xarici menisküsündə problem aşkarlanıb.
Klubun açıqlamasına görə, qabonlu forvard bu gün Madriddə əməliyyat olunacaq.
Obameyanq zədəni “Betis”lə 1:1 hesabı ilə başa çatan La Liqa matçında alıb. Onun təxminən 1,5–2 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Təcrübəli hücumçu mövsümə uğurlu başlamışdı. O, La Liqada keçirdiyi ilk 7 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib və ardıcıl 5 turda fərqlənib. Yeni yüksəldiyi La Liqada yaxşı start götürən “Deportivo” da ilk beynəlxalq fasiləyə 7-ci pillədə yollanmışdı.
Qeyd edək ki, Obameyanq yayda “Marsel”dən “Deportivo”ya keçib.

https://qelebe.az//uploads/photo/obameyanqa-goz-deydi-emeliyyat-olunacaq.webp