Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ

Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ

"Volfsburq" yarımmüdafiəçi Kristian Eriksenlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Danimarkalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Kristian Eriksen 2025-ci ilin yayından "Volfsburq"da çıxış edirdi. 34 yaşlı hücumameyilli yarımmüdafiəçi komandanın heyətində meydana çıxdığı 34 rəsmi matçda 3 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.