Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək

Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək

“Trabzonspor”un yay transfer pəncərəsində “Midtyulland”dan heyətinə qatdığı Frankulinyo Dju ilə bağlı müqavilədə nəzərdə tutulan 8 milyon avroluq bonus aktivləşib.

QELEBE.AZ xəbər verir ki, Türkiyə klubu 22 yaşlı hücumçunun transferi üçün ilkin olaraq 17 milyon avro ödəyib. Müqavilədə komandanın idman nəticələrinə bağlı müəyyən şərtlər də yer alıb. Həmin şərtlərin artıq yerinə yetirilməsi səbəbindən “Trabzonspor” “Midtyulland”a əlavə 8 milyon avro ödəməli olacaq.

Beləliklə, Frankulinyo Djunun transferi üzrə zəmanətli məbləğ 25 milyon avroya yüksəlib.

Müqavilədə futbolçunun fərdi göstəriciləri və “Trabzonspor”un gələcək idman nəticələri ilə bağlı daha çətin şərtlərə əsaslanan 5 milyon avroluq əlavə bonus da mövcuddur. Bu bonus da aktivləşərsə, hücumçunun ümumi transfer məbləği 30 milyon avroya çatacaq. 

25 milyon avroluq məbləğ Frankulinyo Djunu Superliqa tarixinin ən bahalı transferləri sırasında ilk “10-luğ”a daxil edib:

Viktor Osimhen – 75 milyon avro
Meyson Qrinvud – 39 milyon avro
Rafael Leao – 38 milyon avro
Vilfrid Sinqo – 30,7 milyon avro
Orkun Kökçü – 30 milyon avro
Uğurcan Çakır – 30 milyon avro
Matteo Genduzi – 28 milyon avro
Aleksey Batrakov – 25 milyon avro
Frankulinyo Dju – 25 milyon avro
Kerem Aktürkoğlu – 22,5 milyon avro