Corc Rassell: “Əsas məsələ zövq almaqdır”

Corc Rassell: “Əsas məsələ zövq almaqdır”

"Mersedes" komandasınım pilotu Corc Rassell “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, o, yarışla bağlı fikirlərini bildirib:

"Əlbəttə, yarışın özü ən gərgin mübarizə deyil, amma cümə günü daha maraqlı olsa, bunun əvəzini çıxa bilər. Məncə, sprint yarışı daha çox həyəcan yaradır. Əsas məsələ rəqabətdən zövq almaq, təsnifat mərhələsində və ya yarışın startında hiss olunan adrenalindir”.

Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-Prisində sprint mərhələsi keçirilməyəcək. Turnir 24-26 sentyabrda təşkil olunacaq.