AFFA-dan "İmişli"yə 10700 manat cərimə

AFFA-dan "İmişli"yə 10700 manat cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda "İmişli" klubu cərimələnib.

Qurum region təmsilçisini 10700 manat məbləğində cəzalandırıb.

Komanda barədə aşağıdakı qərarlar qəbul olunub:

19.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Sabah”– “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
19.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Sabah”– “İmişli” oyununun 90+1-ci dəqiqəsində “İmişli” komandasının 7 nömrəli futbolçusu Luis Silvestr hakimi təhqir etdiyinə görə birbaşa  qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “İmişli” komandası 10000 manat cərimə edilsin (maddə 52.4).