"Fənərbaxça"da ayrılıq siqnalı: Qışda getmək istəyir
“Fənərbaxça”nın malili yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
23 yaşlı futbolçu qış transfer pəncərəsində İstanbul təmsilçisi ilə yollarını ayırmaq niyyətindədir. Nene artıq bu barədə agentinə də məlumat verib.
Qeyd edək ki, Dorqeles Nene 2025-ci ildən “Fənərbaxça”nın formasını geyinir.

https://qelebe.az//uploads/photo/quotfenerbaxchaquotda-ayriliq-siqnali-qishda-getmek-isteyir.webp