“Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
“Mançester Yunayted”in cari mövsümdəki fiziki göstəriciləri ciddi müzakirələrə səbəb olub.
Apasport.az xəbər verir ki, “GeniusIQ”nun statistikalarına əsasən, “qırmızı şeytanlar” Premyer Liqada yüksək intensivliklə qət edilən məsafə, yüksək intensivlikdə keçirilən vaxt, sprintlərin sayı və sprint müddətinə görə 20-ci pillədə qərarlaşıb.
Maykl Kerrikin komandası son olaraq “Fulhem”lə 1:1 hesablı heç-heçə edib. Mançester təmsilçisi həmin görüşdə rəqibindən 6,6 kilometr az məsafə qət edib.
Komandanın sabiq kapitanı Qari Nevill də futbolçuların fiziki fəallığını sərt tənqid edib. “Mançester Yunayted” topsuz oyunda yeriyərək keçirdiyi vaxta görə də Premyer Liqada ən aşağı göstəricilərdən birinə sahibdir.
Qeyd edək ki, “Mançester Yunayted” beynəlxalq fasiləyə Premyer Liqada 12-ci pillədə yollanıb.

https://qelebe.az//uploads/photo/manchester-yunayted-premyer-liqada-sonuncudur-shok-statistika.webp