“Qarabağ”ın keçmiş futbolçusu: “Oyunun gedişində “Gent”in qol vuracağı gözlənilirdi”

“Qarabağ”ın keçmiş futbolçusu: “Oyunun gedişində “Gent”in qol vuracağı gözlənilirdi”

“Qarabağ”la oyunun gedişində “Gent”in qol vuracağı gözlənilirdi”.

Bunu “QELEBE.AZ”a müsahibəsində “Qarabağ”ın sabiq futbolçusu Arif Əsədov Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə səfərdə keçirdiyi oyunla bağlı danışarkən deyib.

53 yaşlı mütəxəssis Azərbaycan çempionunun 0:1 hesabı ilə məğlub olmasını və penaltilər seriyasında (3:5) rəqibdən zəif çıxış edərək mübarizəni dayandırmasını fiziki durum və yeni transferlərlə əlaqələndirib: “Qarabağ”da fiziki cəhətdən hələ də müəyyən çatışmazlıq var. Yeni gələnlər, zədədən qayıdanlar var. Belçikadakı görüşün birinci hissəsində təmsilçimiz üstün idi. Amma getdikcə bunu əldən verməyə başladı. Xüsusən də, əvəzetmələrdən sonra disbalans yarandı. Rəqibin sonradan meydana daxil olan oyunçuları komandanı gücləndirdilər. “Qarabağ”da isə əvəzetmədən oyuna qoşulanlar əlavə güc qata bilmədilər”.

1999/2000 və 2003/2004 mövsümündə “Qarabağ”ın formasını geyinmiş Azərbaycan millisinin hazırkı məşqçisi penaltilər seriyasının bəxtdən asılı olduğunu düşünür: “Əlavə edilmiş vaxtda qol olmaması “Qarabağ” üçün əlverişli idi. Ancaq penaltilər seriyası artıq lotereyadır. Burada bəxt gətirmədi. “Gent”i üstələyərək, yeni tarix yazmaq olardı. Çünki “Gent” keçilməyəcək komanda deyildi”.

Arif Əsədovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Futbol
"Fənərbağça" məğlubiyyətdən qaçıb, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Fənərbağça" məğlubiyyətdən qaçıb, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Futbol
Futbol əfsanəsi Pele vəfat edib

Futbol əfsanəsi Pele vəfat edib

Futbol
Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Futbol
İlqar Nadiri: "Stadion məsələsi ən yaralı yerimizdir"

İlqar Nadiri: "Stadion məsələsi ən yaralı yerimizdir"

Futbol
İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

Futbol
İran millisinin qapıçısı üçün mundial başa çatıb

İran millisinin qapıçısı üçün mundial başa çatıb

Futbol
"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

Futbol
"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub