Viktor Stina: Bu, bizim üçün ağır dövr olacaq
“Kəpəz”in futbolçusu Viktor Stina “Sumqayıt”la heç-heçə etdikləri oyun barədə danışıb.
O, “Apasport”a açıqlamasında ilk hissənin komandası üçün çətin keçdiyini bildirib: “İlk hissə bizim üçün daha çətin keçdi. Oyuna bir qədər qorxu ilə başladıq. Ancaq matçın gedişində oyunumuzu yaxşılaşdırdıq. Hətta son dəqiqələrdə qol vurmaq üçün daha iki real imkanımız oldu. Çıxışımdan razıyam, amma daha yaxşı ola bilər”.
Stina Gəncədəki atmosferdən razılığını ifadə edib: “Bütün ev oyunlarımızda olduğu kimi, burada oynamaq möhtəşəmdir. Azarkeşlərimizə təşəkkür edirik. Onlar bizi çox irəli aparırlar. Son dəqiqələrdə də bizi qol vurmağa səsləyir və komandaya böyük dəstək verirdilər”.
Moldova millisinin üzvü yığma komandanın matçları barədə danışıb: “Qarşıda güclü rəqiblərə qarşı dörd çətin oyunumuz var. Bu, bizim üçün ağır dövr olacaq. Çünki 12 gün ərzində dörd oyun keçirəcəyik”.
Qeyd edək ki, görüş 1:1 hesablı bərabərliklə nəticələnib.

https://qelebe.az//uploads/photo/viktor-stina-bu-bizim-uchun-agir-dovr-olacaq.webp