Harri Keyndən Bundesliqada tarixi rekord
“Bavariya”nın futbolçusu Harri Keyn Bundesliqa tarixinin rekorduna imza atıb.
QELEBE.AZ xəbər verir ki, 33 yaşlı hücumçu turnirdə 100 qola ən tez çatan futbolçu olub.
İngiltərə millisinin üzvü Bundesliqanın IV turunda “Union Berlin”lə matçda dubl edib. Bununla da o, çempionatda cəmi 98-ci oyununda 100-cü və 101-ci qollarını vurub.
Beləliklə, Keyn Diter Müllerin rekordunu yeniləyib. Müller 1977-ci ildə Bundesliqada 100 qola 129 matçda çatmışdı.
Qeyd edək ki, “Bavariya” sözügedən oyunda “Union Berlin”i 7:0 hesabı ilə məğlub edib. Keyn 2023-cü ilin yayından Münhen klubunda çıxış edir.

https://qelebe.az//uploads/photo/harri-keynden-bundesliqada-tarixi-rekord.webp