“Neftçi” onunla yollarını ayırdı - RƏSMİ

“Neftçi” onunla yollarını ayırdı - RƏSMİ

“Neftçi”də ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda ilə Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

29 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunub.

Camalov bu müddətdə Bakı klubunun heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.