Türkiyə klubunda ayrılıq - RƏSMİ

Türkiyə klubunda ayrılıq -  RƏSMİ

Türkiyə I Liqasında mübarizə aparan “Antalyaspor”da ayrılıq yaşanıb.

QELEBE.AZ xəbər verir ki, baş məşqçi Bülent Korkmaz komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, türkiyəli mütəxəssislə müqaviləyə xitam verilib.

Qeyd edək ki, Bülent Korkmaz “Antalyaspor”la iyun ayında 1 illik müqavilə imzalamışdı. Təcrübəli mütəxəssisin rəhbərliyi altında komanda liqada keçirdiyi 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə məğlub olub.