Millimiz Türkiyəyə yollanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1/8 final mərhələsində keçirəcəyi oyun üçün Türkiyəyə yollanıb.
QELEBE.AZ xəbər verir ki, yığmamız növbəti mərhələdə turnirin ev sahibi Türkiyə millisi ilə qarşılaşacaq.
Görüş sentyabrın 1-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, 2026-cı il qadınlar arasında Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə keçirilir.

https://qelebe.az//uploads/photo/millimiz-turkiyeye-yollanib.webp