“Sabah” üçün ÇL-də son sınaq: davam, ya tamam - YENİLƏNİR
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan çempionu “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Qeyd edək ki, komandalar arasında Buxarestdə keçirilən ilk matç “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
20:45. “Sabah” – “Hapoel” (Beer-Şeva)
İlk oyun – 1:2.

https://qelebe.az//uploads/photo/sabah-uchun-chl-de-son-sinaq-davam-ya-tamam-yenilenir.webp