Van-Bissaka "Aston Villa"da - İCARƏ MÜQAVİLƏSİ
İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Birmingem təmsilçisi “Vest Hem”in müdafiəçisi Aaron Van-Bissakanı icarəyə götürüb.
28 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Razılaşmada Van-Bissakanın transfer hüquqlarının alınması imkanı da nəzərdə tutulub.
Müdafiəçi ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 27 matça çıxıb və 2 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında isə 4 qarşılaşmada meydana çıxıb.
“Transfermarkt” Van-Bissakanın hazırkı bazar dəyərini 15 milyon avro qiymətləndirir.
Qeyd edək ki, “Aston Villa” Premyer Liqanın 2026/27 mövsümündə ilk oyununu avqustun 23-də səfərdə “Brayton”a qarşı keçirəcək.

https://qelebe.az//uploads/photo/van-bissaka-quotaston-villaquotda-icare-muqavilesi.webp