“Neftçi” və “CoffeeBar” əməkdaşlığını davam etdirir
“Neftçi” ilə “CoffeeBar” arasındakı əməkdaşlıq daha bir il müddətinə uzadılıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında imzalanan yeni müqaviləyə əsasən, “CoffeeBar” növbəti mövsümdə də “Neftçi”nin rəsmi qəhvə sponsoru olacaq.
Şirkət komandanın qəhvə və qəhvə avadanlığı ilə bağlı ehtiyaclarını təmin etməyə davam edəcək.

https://qelebe.az//uploads/photo/neftchi-ve-coffeebar-emekdashligini-davam-etdirir.webp