“Sabah” qələbə qazandı, ölkəmiz UEFA reytinqində mövqeyini qorudu
Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.
QELEBE.AZ xəbər verir ki, ölkəmiz hazırda 21,437 əmsalla 26-cı pillədə qərarlaşıb.
25-ci yerdə olan Ukrayna 22,587 əmsala malikdir. Azərbaycanla 27-ci pillədəki Bolqarıstan arasında isə 1 xal fərq var.
Reytinqə 98,519 əmsalla İngiltərə başçılıq edir.
Qeyd edək ki, ötən gün “Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Orhus” komandasını 4:0 hesabı ilə məğlub edib. Bu nəticə Azərbaycan üçün 0,250 reytinq xalı qazandırıb. “Sabah” iki oyunun nəticəsinə görə 5:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

https://qelebe.az//uploads/photo/sabah-qelebe-qazandi-olkemiz-uefa-reytinqinde-movqeyini-qorudu.webp