“Sabah” “Orhus”un planlarını dəyişdi - Liqa matçı təxirə salındı
“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Orhus”un Danimarka Superliqasında keçirəcəyi oyunun vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, komandanın III turda “Midtyullan”la qarşılaşması avrokubok matçı ilə əlaqədar təxirə salınıb.
Görüş sentyabrın 2-də keçiriləcək. Qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlaması nəzərdə tutulub. “Orhus”un rəsmi təqvimində də matçın yeni tarixi sentyabrın 2-si göstərilib.
Qeyd edək ki, “Orhus” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 11-də Bakıda keçiriləcək.

https://qelebe.az//uploads/photo/sabah-orhusun-planlarini-deyishdi-liqa-matchi-texire-salindi.webp