II Liqa: Yeni mövsümün püşkü atılıb

II Liqa: Yeni mövsümün püşkü atılıb

Bu gün futbol üzrə Azərbaycan II Liqasında 2026-2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

QELEBE.AZ xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak ediblər.

12 komandanın iştirakı ilə 6-lıq sistemlə keçiriləcək turnirdə I və II dövrənin püşkü atılıb.

1 sentyabr tarixində start götürəcək yeni mövsümün I turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:

I tur

“Qaradağ Lökbatan” – “Hypers“

“Şirvan” – “Kür-Araz”

“Sheki City” – “Ağdaş”

“Şəmkir” – “Marafon” 

“Difai” – “Dinamo”

“Zəngəzur” – “Ağstafa Gəncləri”