“Real”ın yetirməsi “Bayer”də - RƏSMİ
Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, Leverkuzen təmsilçisi ispaniyalı sol cinah müdafiəçisi Migel Qutyerresi transfer edib.
25 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Qutyerres “Real”ın akademiyasının yetirməsidir. O, ötən il “Jirona”dan İtaliyanın “Napoli” klubuna keçmişdi.
Qeyd edək ki, Migel Qutyerres ötən mövsüm A Seriyasında 28 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 5 oyunda forma geyinib.

https://qelebe.az//uploads/photo/realin-yetirmesi-bayerde-resmi.webp