"Karyeramı bitirmək barədə düşünmürəm"
Braziliyanın "Santos" klubunun hücumçusu Neymar gələcək karyerası ilə bağlı açıqlama verib.
QELEBE.AZ xəbər verir ki, təcrübəli futbolçu hazırda karyerasını başa vurmaq barədə düşünmədiyini bildirib:
"Mən karyeramı bitirmək barədə düşünmürəm. "Santos"la dekabr ayına qədər müqaviləm var və klub üçün əlimdən gələni etmək istəyirəm. Ondan sonra variantlarımı dəyərləndirəcəyəm. Qalım, gedim, karyeramı bitirim, yoxsa oynamağa davam edim – hələ bilmirəm. Dekabra qədər vaxt var. Görəcəyik".
Qeyd edək ki, 34 yaşlı hücumçu 2025-ci ildə doğma klubu "Santos"a qayıdıb və müqaviləsi bu ilin dekabr ayının sonuna qədər qüvvədədir. Neymar 2026-cı ildə Braziliya klubunun heyətində keçirdiyi 16 oyunda 8 qol vurub. O, karyerası ərzində İspaniyanın "Barselona", Fransanın PSJ və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klublarında da çıxış edib.

https://qelebe.az//uploads/photo/quotkaryerami-bitirmek-barede-dushunmuremquot.webp