Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
Yardımlıda akrobatika gimnastikası üzrə 31-ci və aerobika gimnastikası üzrə X Azərbaycan çempionatı keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, yarışlar avqustun 19-20-də təşkil olunacaq.
Qeyd edək ki, Yardımlı Olimpiya İdman Kompleksində baş tutacaq çempionatı izləmək istəyən tamaşaçılar üçün giriş sərbəst olacaq.

https://qelebe.az//uploads/photo/akrobatika-ve-aerobika-gimnastikasi-uzre-olke-chempionati-kechirilecek.webp