“Fənərbaxça” bu klubla qarşılaşacaq - ÇL pley-offunda

“Fənərbaxça” bu klubla qarşılaşacaq - ÇL pley-offunda

UEFA Çempionlar Liqasında mübarizə aparan Türkiyə təmsilçisi “Fənərbaxça”nın pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi III təsnifat mərhələsində Avstriyanın “Şturm Qrats” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-offda “Lion” - “Sparta Praqa” cütünün qalibi ilə qarşılaşacaq.

İsmail Kartalın rəhbərlik etdiyi kollektiv II təsnifat mərhələsində Polşanın “Qornik Zabrze” klubunu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, “Fənərbaxça” ilə “Şturm Qrats” arasında III təsnifat mərhələsinin ilk oyunu avqustun 4-də, cavab qarşılaşması isə avqustun 11-də keçiriləcək.