ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNİB
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
QELEBE.AZ xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu “Sabah”ın potensial rəqibi müəyyənləşib.
Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə III təsnifat mərhələsinin qalibləri və məğlublarının mümkün cütləri formalaşıb.
“Bayquşlar” pley-off mərhələsinə yüksələcəyi təqdirdə, “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin “The New Saints” (2:0, 2:1), II təsnifat mərhələsində isə Finlandiyanın “KuPS” (1:0, 2:0) komandalarını mübarizədən kənarlaşdırıb.
Azərbaycan çempionu III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab qarşılaşmaları isə avqustun 25-26-da keçiriləcək.

https://qelebe.az//uploads/photo/chl-sabahin-potensial-reqibi-belli-oldu-yenilenib.webp